“BAKİRƏLİKLƏRİNİ BƏRPA EDİB, ƏRLƏRİNİ ALDADIRLAR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Dövlət Statistika Komitəsinin Azərbaycanda 34 569 qadının  abort elədiyi, onun 19 nəfərinin isə 15-17 məktəbli yaşlı olduğu bildirildi. 

Dünən Dövlət Statistika Komitəsinin Azərbaycanda 34 569 qadının  abort elədiyi, onun 19 nəfərinin isə 15-17 məktəbli yaşlı olduğu bildirildi.

Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Bu yaşdakı məktəbli qızlar uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünməlidirlər. Lakin, görünür mənzərə heç də belə deyil. 

Ailə müşaviri Zaur Tahirsoy TİA.AZ-a bildirdi ki, erkən nigaha Azərbaycanın regionlarında daha çox rast gəlinir:

“Əlbəttə fiziki olaraq, tam formalaşmadan hamilə qalmaq sağlamlığın təhlükədə olması deməkdir. Amma bu hal insan qətlinə fərman verməyə əsas vermir. Müasir tibbin imkanları ilə doğuş təhlükəsiz keçə bilər. Lakin bunu öncədən planlamaq lazımdır. Qaldı ki, ailə qurmadan erkən yaşda hamilə qalmaq məsələsində bu hal cəmiyyətimiz üçün təhlükəlidir. Belə hallar artarsa, ailə dəyərlərinə ciddi zərər dəyər. Sağlam ailələrin olmadığı cəmiyyət isə məhvə məhkumdur. Bu halları azaltmaq üçün məktəblərdə şagirdlərə intim mövzusu və vaxtsız olarsa zərərləri haqqında maariflənməlidirlər. Halbuki məktəblərdə biologiya dərsində həmin mövzunun üzərindən atlayır və səthi yanaşırlar.

Jurnalist-sosioloq  Lalə Mehralı bildirdi ki, 19 rəqəni abortun statistikaya düşmüş sayıdır:  “Siz hələ bilmirsiniz ki, qohumu, tanışı həkim olan ailələrdə belə hal baş verəndə gizlincə, heç xəstəxana şəraiti olmadan məktəbli abort edilir. 13-14 yaşlı qızlar öz aralarında cinsi münasibətdən söhbət edirlər. Hər valideyn övladına son model mobil telefon alır, övladı internetdə istədiyi formada gəzə, ünsiyyət qura bilir. O yaşda uşaqlar tez nəzərə çarpır, tora düşürlər. Nə həyat təcrübələri var, nə də valideyn nəzarəti.Nəticəsi də budur, göz qabağında. Məktəbli qızlar həyətimizdəki məktəbin önünə çatanda dizdən olan ətəklərinin belini qatlayıb bir qarış saxlayırlar, kosmetika istifadə edirlər. Saçları elə bir düzümdə, formada olur ki, ən azı gecə saat 4-dən qalxıb, o formanı düzəltməyə çalışmalısan. Həyətimizdəki məktəbin direktoru hər səhər qapı önündə durur, məktəbliyə yaraşmayan görünüşdə gələn qızları geri qaytarır ki, get valideyninlə gəl!  Bu uşaq evə gedəndə valideyn soruşmalıdır axı hansı günahı işlətmisən ki məktəbə buraxılmadın? Soruşmurlar. Qızlar nəzarətsiz böyüyür. Cinsi bilikləri vaxtından əvvəl aşılanır. Əksəriyyəti bunu praktikada yaşamaq istəyir ki, bu da hamiləlik, abort kimi statistikalara təsir edir. Bilirəm, əksəriyyət düşünür ki, indi dünyada qızlar sərbəst böyüyür, 12-13 yaşdan aktiv cinsi həyatı olur. Bu, Azərbaycan üçün keçilməz səddir, tabudur. Bizim əksər qızlarımız üçün cinsi həyat evləndiyi gün başlayır. Çünki Şərq ölkələrində evlilikdə əsas şərt təmizlik, bakirəlikdir. Azərbaycan həm Şərqin, həm Qərbin vəhdətində yaranmış, müasir cəmiyyətdə qədim adətlərini qoruyub saxlamış bir ölkədir. Aborta məruz qalmış bir qız uşağı gələcəkdə ailə qurmazdan əvvəl öz həyatını yalan üzərində quracaq, plastik əməliyyatla bakirəliyini bərpa etdirib, həyat yoldaşını aldadacaq. Bütöv bir həyatı bu yaşamın üzərində inşa edəcək”.

İlahə