Formula 1 olmasaydı ilk dərs günü ciddi tıxac-problem olmazdı.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə nəqliyyat eksperti Elməddin Muradlı çıxış edib. Onun sözlərinı görə, çünki AYNA xəttə yeni avtobuslar buraxılacağını elan etmişdi:
“Azı 200 ədəd. Yaxşı rəqəmdir. Ən əsası isə polis nəzarəti ciddi nəticələr verir. DYP ilə yanaşı PPX və Çevik Polis Alayı da küçə və yollarda vəziyyətə nəzarət edir.
Üstəlik, ikinci cərgədə parklanmaya görə cəzalar ağırlaşdığı üçün bəzi sürücülər özünü yığışdırıb uzaqda da olsa boş yerdə parkinqə üz tuturdu.
Pis yanaşmalar hələ də qalır. Məsələn, mərkəzi yollar bağlıdır deyə sürücülər daha çox ara yollara üz tutur. Ara yollarda isə sözün həqiqi mənasında xaos yaşanır”.
Ekspert bildirib ki, qurumları ara yollarda qayda-qanun yaratmağa çağırıram:
“Gücüm çatan hər cür dəstəyi göstərməyə hazıram. Alternativ yola yönləndirdiyiniz sürücülərin o yollarda üzləşdiyi problemləri analiz etmək lazımdır. Ara küçələrdə qayda-qanun yaratmaqla tıxaclı yollarda vəziyyəti ən azı 15-20 faiz dəyişmək olar.
Yeri gəlmişkən, Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və 2025-30-cu illəri əhatə edən Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramında əks olunan ciddi məsələlər tezliklə həll edilməlidir. İş və dərs saatlarının dəyişdirilməsindən başlamaq olar. Proqramın icrasının 1 ilinin 9 ayı gedib, ortada ciddi nəticə yoxdur”.
Gülşən Rəsul