Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yaradılan işçi qrupu fəaliyyətə başlayıb.
Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yaradılan işçi qrupu fəaliyyətə başlayıb.
Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, işçi qrupunun üzvü Abid Şərifov deyib.
Onun sözlərinə görə, artıq işçi qrupunun iclası keçirilib: “Cəmi 14 layihə var. Hələlik 12 layihənin icrasına başlanılıb. Həmin layihələrə 14 milyon 200 min manat ayrılıb. Layihələr Bakı şəhərinin bütün ərazisini əhatə edəcək”. (trend)