Bakının tanınmış restoranında silahlı insident

Bakının tanınmış restoranında silahlı insident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib.
Buta.media-nın məlumatına görə, nəticədə, iki nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.
Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş – 44 yaşlı Vəli Nəbiyev  isə kəllə-beyin travması alıb.