Bakının Nizami rayonunda ağac soyqırımı – FOTOFAKT

Bakının Nizami rayonunda ağac soyqırımı – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Nizami rayonu, Bəhruz Nuriyev 42 küçəsində ağacların qırılması ilə bağlı redaksiyamıza şikayət məktubu və ərazidən çəkilən fotolar daxil olub. Şikayət məktubunda qeyd olunur ki, Siqayut Plaza şadlıq saraynın arxasında, 42 nömrəli binanın ərazisində ağacların soyqırımı davam edir.
TİA.AZ Sfera.az-a istinadən şikayət məktubunu olduğu kimi təqdim edir:
“Yaşıllığın qorunması məqsədilə Cənab Prezidentimiz İlham Əliyevin sərt xəbərdarlığına baxmayaraq Bakının Nizami rayonu, Bəhruz Nuriyev 42 küçəsində (Siqayut Plaza şadlıq saraynın arxasında, 42 nömrəli binanın ərazisi) ağacların qətliamı yaşanır. Yaşıllıqların yerində isə obyektlərin tikilməsi üçün beton tökülür. Həmin ərazinin digər qonşu hissəsində isə ağacların kokünə beton tökülərək kafe ərazisi kimi istifadə olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə (168) bu barədə ilkin məlumat təqdim olunmuşdur. Problemin daha operativ həll olunması məqsədilə (ağacların tam olaraq kəsilməsinin qarşısının alınması) biz Bəhruz Nuriyev 42, 46 və 50 nömrəli binanın sakinləri Sizə bu müraciətimizi ünvanlayırıq. Bu məsələnin araşdırılması və qarşısının alınması üçün dəstək göstərməyinizi Sizdən xahiş edirik. Şəkillər əlavədə verilmişdir. Tərəfimizdən Prezident administrasiyasına da şikayətlər olunacaq”.
Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.