backend

Bakının mərkəzində mənzillər ikiqat ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzi hissələrində mənzillərin kütləvi satışına başlanılıb. Bakının mərkəzi hissələrində mənzillərin kütləvi satışına başlanılıb.

TİA.AZ-ın fins.az-a istinadən məlumatına görə, söhbət metronun “28 May” stansiyasından “Sahil” və Tibb Universitetinə qədər, eyni zamanda “Nərimanov” stansiyasına yaxın ərazilərdən gedir.

Ekspert Vaqif Hüseynov əmlak bazarındakı vəziyyətdən danışıb:

“Əmlak bazarında bir il əvvəlki vəziyyət yenidən təkrarlanır. Heç kim təsəvvür edə bilməzdi ki, “28 May” metrostansiyasının yaxınlığında 70 min manata ev almaq olar. Amma hazırda bu belədir.

Bu ərazilərdə evlər 40%-dən 2 dəfəyə qədər ucuzlaşıb.

Məsələn, əvvəl 130-140 min manata satılan 70 kvadratmetrlik evlər indi 70-100 min manata qədər ucuzlaşıb. Ucuzlaşma, xüsusilə də 1-2 otaqlı evlərdə müşahidə edilir”.

V.Hüseynovun sözlərinə görə, evin dərhal satılması üçün vətəndaşlar qiyməti xeyli aşağı salırlar. Digər tərəfdən satışa çıxarılan belə evlərlə bağlı bazarda təklifin artması qiymətlərə xeyli təsir göstərib.

Ekspert bildirir ki, vəziyyəti elan saytlarında satışa çıxarılan evlərin də sayında müşahidə etmək olar. Hazırda Bakının sadalanan ərazilərində satışa çıxarılan ev elanlarının sayı 30-40% artıb.

İqtisadçı qeyd edib ki, “Sahil”, “İçərişəhər”, “Gənclik” metrostansiyaları, Nizami küçəsi kimi ərazilərdə isə daşınmaz əmlakların qiymətləri stabil olaraq qalır.