Dünən Bakının Yasamal rayonunda – Parlament prospekti 1 ünvanındakı 9 mərtəbəli binada 58 yaşlı Ziyafət Hüseynovun özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Dünən Bakının Yasamal rayonunda – Parlament prospekti 1 ünvanındakı 9 mərtəbəli binada 58 yaşlı Ziyafət Hüseynovun özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Yaxınları Lent.az-a bildiriblər ki, Z.Hüseynov xeyli vaxtdır, ürək xəstəliyindən əziyyət çəkirmiş. Daha əvvəl müxtəlif dövlət orqanlarında işləmiş şəxsin 2 övladı var. Onun qızı ailəlidir, oğlu isə nişanlıdır və bu yaxınlarda ailə həyatı quracaqmış. Bildirilir ki, Z.Hüseynov çoxuşaqlı ailədə doğulub. 7 qardaşdan biri olan Z.Hüseynovun daha əvvəl 5 qardaşı vəfat edib.
O da bildirilir ki, Z.Hüseynovun atası sovet illərində daxili işlər və xüsusi xidmət orqanlarında bir sıra vəzifələri tutub. Ölüm faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.