Bakıətrafı kənddə yeni futbol klubu yaradılıb.
Qala artıq Region Liqasında təmsil olunacaq.
Kəndin eyniadlı komandasının bununla bağlı AFFA-ya müraciəti müsbət cavablandırılıb. «Qala» çempionatın paytaxt zonasında mübarizə aparacaq.
2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.
Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Şimal”, “Masallı” və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.
Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.
Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», “Mil”, “Göyəzən”, “Neftçala” və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.