Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yeraltı qaz kəmərində baş vermiş qaz sızmasının aradan qaldırılması üçün noyabrın 4-də saat 23:00-dan işlər yekunlaşana qədər qaz təchizatı dayandırılacaq.
Tribunainfo.az xəbər verir ki, “Azəriqaz” İB-də Tbilisi prospektinin bir hissəsində, “Şakir” yaşayış kompleksində, “Alatava-1”in bir hissəsində, Respublika Diaqnostika Mərkəzi, “Aztelecom”, “Azercell”, N.Tusi adına Klinikaların yerləşdiyi ərazilərdə qazın verilişi müvəqqəti dayandırılacaq.
Həmçinin noyabrın 5-də saat 10:00-dan etibarən kəndə qaz verilişi dayandırılacaq. Şüvəlan, Bakı şəhəri, Xəzər rayonu, Mayak daça massivində. Kəndin bir hissəsinə qaz verilməyəcək. Şüvəlan. Yeni xəttin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatında fasilələr yaranacaq.