“Bakının əsas hədəfi Sarkisyanın ekstradasiyasıdır”

“Bakının əsas hədəfi Sarkisyanın ekstradasiyasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Azərbaycanın atacağı addımlar ətrafında son illər bir xeyli müzakirələr gedib və hazırda da proses dayanmayıb. Tribunainfo.az xəbər verir ki, bu proseslərdə aktiv olanlardan biri də deputat Tiqran Abramyandır.

O qeyd edir ki, hal hazırda Bakının əsas hədəflərindən biri Qarabağda cinayət törətmiş ermənilərin həbsinə nail olmaq və onların ekstradasiyasını reallaşdırmaqdır.

Onun sözlərinə görə, Bakı bu məsələni ara-sıra dilinə gətirsə də, hələlik konkretlilik nümayiş etdirmir. Abramyan hesab edir ki, Azərbaycanı hazırda əsas maraqlandıran digərlərindən daha çox, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyandır. “Azərbaycanın əsas hədəflərindən biri 3-cü prezident Serj Sarkisyandır və bunu gizlətmirlər”.

Abramyan hesab edir ki, Sarkisyanın həbsi və ekstradasiyası baş verərsə, bu, Ermənistan üçün utancverici bir şey olacaq. “Paşinyan hakimiyyətini qorumaq üçün nəinki Sarkisyanı, hətta Koçaryanı da Bakıya verər”.

P.S. Serj Sarkisyan Xocalı soyqırımını törədənlərdən biridir. Bu istintaqla yanaşı, elə Sarkisyanın özü tərəfindən də təsdiqlənib. Belə ki, o, xarici mediaya verdiyi müsahibəsində Xocalıda Azərbaycanlıların gözünü qorxutmaq üçün qətliam törətdiklərini etiraf edib.

Belə bir cinayətkar və caninin həbs edilməsi təbii ki, Azərbaycanın başlıca hədəfidir. Bunu rəsmi Bakı gizlətmir də. Və əminliklə demək olar ki, günün birində bu proses baş tutacaq. Təkcə Sarkisyan yox, Azərbaycan xalqına qarşı qətliam törətmiş bütün canilər həbs edilərək, əli qandallı Bakıya gətiriləcək.