Bakının əhalisinin sayı 16,5 min nəfər artıb- Statistika İdarəsi

Bakının əhalisinin sayı 16,5 min nəfər artıb- Statistika İdarəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 16,5 min nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 2 milyon 266 min nəfərə çatıb

Bakı Şəhər Statistika İdarəsindən  bildiriblər ki, əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 1058 nəfər olub.
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 7 min 268 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir. Doğulan körpələrin 78-i əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Birinci rübündə Bakı şəhərində 3 min 576 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi eyni qalıb (6,4).