“ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Azadlıq” radiosunun İrəvan bürosuna bildirilib.
“Ermənistan tərəfi Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələyə Azərbaycanla münasibətlərin hərtərəfli tənzimlənməsi və sülh müqaviləsinin imzalanması kontekstində baxa bilər”, – XİN-dən deyilib.
Qeyd edək ki, bundan öncə İrəvan rəsmiləri ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməli olduğuna dair açıqlamalar səsləndirirdi.