Bakının bu küçəsində səki zəbt edilib – Fotobackend

Bakının bu küçəsində səki zəbt edilib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonunda sakinlər artıq avtomobil yolları ilə hərəkət edirlər. Çünki səkilər ya satılaraq orada obyekt tikilib, ya da avtomobil parkı kimi istifadə edilir.

Tribunainfo.az-a yazan sakinlər bildirib ki, Mustafa Sübhi küçəsində səki yoxdur. Daha doğrusu, əvvəllər var idi, indi isə zəbt edilib.

Belə bir səkidə necə addımladığınızı təsəvvür edin… Sakinlər bildidib ki, yolun o biri tərəfində də, üzbəüz yerləşən səki də (foto) zəbt olunub və piyadalar yolla hərəkət edirlər.

Yasamal sakinləri bildirib ki, sözügedən küçələrdə piyadalara şərait yaratmaq üçün sıfırdan başlamaq lazımdır:

“Bəlkə də Dövlət Proqramı hazırlanmalıdır. Şişirtmirik, çünki problemin həlli siyasi iradə tələb edir”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman