Bakının bu ərazisində bulvar salınacaq – Fotolar

Bakının bu ərazisində bulvar salınacaq – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda, Bülbülə gölü ətrafında yeni bulvar salınacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidməti məlumat yayıb.

Bildirilib ki, uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.

Ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Bəzi evlərlə göl arasındakı məsafə 10 metrdən də yaxındır.

Hazırda gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib.

Gölə axıdılan çirkab suların qarşısını kəsmək üçün gölün ətrafında minlik magistral xətt çəkilib.

Məlumata görə, Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq. Yeni bulvarda restoran və kafelərin fəaliyyət göstərməsi, dairəvi velosiped yolunun çəkilməsi nəzərdə tutulub. Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, istirahət yerləri olacaq, katamaran işləyəcək. Layihəyə görə Bülbülə gölünün üzərindən körpü də salınacaq.

Qeyd olunub ki, Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.