Bakının bir neçə ərazisinə metro çəkilə bilər — DETALLAR

Bakının bir neçə ərazisinə metro çəkilə bilər — DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda müşahidə olunan sıxlıq, gedişhaqqının artımı və əhalinin sürətlə çoxalması paytaxt ətrafı qəsəbələrdə ictimai nəqliyyata tələbatı artırır. Bu baxımdan Xırdalan, Masazır və Sumqayıt istiqamətində metro xəttinin çəkilməsi məsələsi aktuallaşa bilər. Xüsusilə, Xocahəsən istiqamətindən Xırdalana qədər metro xəttinin çəkilməsinin ciddi texniki maneələrinin olmadığı qeyd olunur. Belə bir layihənin icrası nəqliyyat sıxlığının azalmasına, həm də ekoloji baxımdan müsbət nəticələrə səbəb ola bilər.

Yaxın 5–10 il ərzində Xırdalan və Masazır ərazilərinə metro çəkilişinin reallaşma ehtimalını necə qiymətləndirirsiniz?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, əslində yeni metro xəttinin çəkilməsi ehtimalı var.

G. Hüseynovanın sözlərinə görə, Bakıda o qədər sıxlıq var ki, artıq həm bahalaşma, həm də tıxac kimi səbəblərdən insanlar Bakıdan kənar yerlərə, Sumqayıta və s. üz tuturlar. Türkidəki “metrobüs” tipli nəqliyyat vasitələri var, buna bənzər xəttlər də çəkilə bilər. Əslində belə bir layihələr var. Lakin icrası üçün dövlət büdsindən külli miqdarda vəsait lazımdır. Həm də Qarabağla bağlı yeni layihələr icra olunur. Məcburi köçkünlərin köçürülməsi məsələsi də var. Bu məsələlər həll olunduqdan sonra metro kimi əsas layihələrin icra olunacağını düşünürəm.

Ekspert sonda vurğulayıb ki, yeni metrolar açılsa da avtobuslar çoxalsa da tıxac problemi bitməyəcək. Ona görə də ilk öncə sıxlığı azaltmaq üçün köç prosesi həyata keçiriləcək. Bəlkə də ola bilər ki, mərkəzdə yerləşən universitetlər kənar yerlərə köçürülsün.,Düzdür, bu məsələ də illərdir müzakirə olunur, amma icra edilmir. İllərdir yollar genişlənir, metro xəttləri açılır, avtobusların sayı artıb amma yenə də faydası yoxdur. Maşınların sayı da günü-gündən artır. Benzinin də qiyməti qalxdı və düşünüldü ki, avtomobil istifadəsinin sayı azalacaq. Amma yenə də fayda etmədi. Çünki regionlarda o qədər işsizlik problemi var ki, nə qədər yol genişlənsə də bir ucdan Bakıya köç var. İlk növbədə müəyyən qurumların və universitetlərin yaxın ətrafa köçürülməsi vacibdir. Əks təqdirdə pul sadəcə dövlət büdcəsindən silinir amma tıxacların qarşısı alınmır.

Dəniz Pənahova