BAKININ ALTI YOXDUR, ÜSTÜ BƏRBAD HALA SALINIB – HÜQUQ MÜDAFİƏÇİSİ

BAKININ ALTI YOXDUR, ÜSTÜ BƏRBAD HALA SALINIB – HÜQUQ MÜDAFİƏÇİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda son 30 ildə şəhərsalmanın bütün prinsipləri pozulub. Paris, London kimi şəhərlərin əvvəlcə altını tikiblər, sonra üstünü. Bizdə isə şəhərin altı yoxdur. Üstü isə bərbad vəziyyətə salınıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov fikir bildirib. o qeyd edib ki, 50 il qabaq üçün nəzərdə tutulan kanalizasiya sisteminə 20 mərtəbəli binların kanalizasiya sistemləri qoşulub. Buna görə də yağış yağandan sonra şəhər gölməçəyə dönür:

“Yağış lükləri məhv edilib. Sovetlər vaxtı tikintisi az qala başa çatmaqda olan Azneft-Hövsan kanalizasiya xəttiinin üstünü örtüblər. Şəhər təsərrüfatından anlayışı olamayn, yeganə işi boş yer tapıb satanlardan nə Əliş Ləmbərənski, nə Nəcməddin Əhmədov, nə Rauf Gülməmmədov çıxmayacaq”.