Bu gün 14 fevral Müqəddəs Valentin, başqa sözlə sevgililər günüdür. Şəhəri qızılgüllə və ya yumşaq oyuncaqla gəzişən cütlüklər bəzəyir.
Bu gün 14 fevral Müqəddəs Valentin, başqa sözlə sevgililər günüdür. Şəhəri qızılgüllə və ya yumşaq oyuncaqla gəzişən cütlüklər bəzəyir.
Məhz bu tarixdə əksər insanlar çalışır ki, sevgisini göstərsin. Hətta ilboyu sevgisiz yaşayanlar belə bu gün bəxtlərinin onların üzlərinə güləcəyini düşünür.
Amma əksər şəhər sakinləri 14 fevralı sevgi bayramı kimi qəbul etmir. Onlar bunu ya milli, ya da dini səbəblərlə əsaslandırır.
Məsələnin həssaslığını nəzərə alan “ACT Azərbaycan” paytaxt sakinləri arasında sorğu keçirib.
TİA.AZ 14 fevralı sevgililər günü olaraq qəbul edirsinizmi? Sualına verilən cavabları təqdim edir:
Rəyi soruşulmuş sakinlərin böyük əksəriyyəti bu günü sevgililər günü kimi qəbul etmir (64 %). Əsasən yaşlı nəsil (55-64 yaş aralığı) bu bayrama qarşı dözümsüz yanaşır (73 %). 14 fevral tarixini sevgi bayramı kimi qəbul edənlər isə əsasən 25-34 yaş aralığında olan gənclərdir (47 %). Maraqlısı odur ki, yeniyetmələr və erkən gənclik illərini yaşayanlar ( 18-24 yaş aralığı) sevgililər gününə nisbətən az maraq göstərir (41 %).
14 fevral sevgililər günü qadınları iki cəbhəyə bölüb. 50 % qadın bayramı qeyd etsə də, digər 50 % bundan imtina edir. Sevgi bayramını qeyd etməyənlərin əsas səbəbi isə sevgi gününü yaşlarına uyğun görməmələridir (29 %).
44 % kişi isə bu il Müqəddəs Valentin gününü bayram kimi qeyd etsə də, yerdə qalan 56 % bu günü sıradan bir gün olaraq yaşayacaq. Buna əsas səbəb isə sevgililərinin olmamasıdır (38 %).
Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.