FİFA prezidenti Canni İnfantino COP29 çərçivəsində Azərbaycana səfəri ilə bağlı paylaşım edib. Tribunainfo.az xəbər verir ki, futbol qurumunun rəhbəri Prezident İlham Əliyevlə görüşü barədə də fikirlərini bölüşüb:
“COP29-a dəvət almaq şərəfli idi. Biz beynəlxalq qurum olaraq ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşırıq. Buradakı tədbirdə iştirak edən hər kəsin ümumi məqsədi var ki, bundan da məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FİFA olaraq bu yolda səylərimizi davam etdirəcəyik.
Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm”.