Bakıdan Ukrayna şəhərlərinə avtobus reysi ləğv olunub

Bakıdan Ukrayna şəhərlərinə avtobus reysi ləğv olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan Ukraynanın Xarkov və Kiyev şəhərlərinə avtobus reysi ləğv edilib.

Bu barədə  Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

Onun sözlərinə görə, reysin ləğv olunması ona tələbatın aşağı səviyyədə olması ilə bağlıdır. Başqa sözlə, Azərbaycan paytaxtından Ukraynaya avtobusla getmək istəyənlərin sayı az olduğu üçün reysin ləğv edilməsinə qərar verilib.