Bakıdan Sumqayıta ekspres marşrut xətti açılıb – Tarif müəyyənləşibbackend

Bakıdan Sumqayıta ekspres marşrut xətti açılıb – Tarif müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

Tribunainfo.az xəbər verir ki,marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq.

Gediş haqqi 80 qəpik təşkil edəcək.Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.