BAKIDAN ROMA PAPASINA SƏRT REAKSİYA: BİR KOMİSSİYA DA VATİKAN GÖNDƏRSİN – AÇIQLAMA

BAKIDAN ROMA PAPASINA SƏRT REAKSİYA: BİR KOMİSSİYA DA VATİKAN GÖNDƏRSİN – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk Qarabağda monastrların və kilsələrin qorunub saxlanmasına çağırıb.
Papa çıxışı zamanı “Dağlıq Qarabağ böhranı ilə bağlı narahatlığım səngiməyib. Qaçqınların çətin humanitar vəziyyəti ilə yanaşı, mən bu regionda monastrların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim”, – deyə o, Vatikanın Müqəddəs Pyotr meydanında bazar günü xütbəsini bitirdikdən sonra deyib.


Hüquq müdafiəçisi Xəzər Teyyublu Tribunainfo.az-a bildirib ki, Roma Papası narahat olmasın, onun dinindən olan işğalçı ermənilərin məscidlərimizi donuz fermasına çevirmələrindən fərqli olaraq, Azərbaycan dini abidələri hər zaman qoruyub. Hüquq müdafiəçisi bildirib ki, Bakıda erməni kilsəsi var, həmçinin, provaslav kilsəsi, sinaqoqlar mövcuddur. “Azərbaycan dini etiqad azadlığını hörmət olan ölkədir. Burada müxtəlif millətlərin fərqli dini mənsubiyyəti olan üzvləri birgə yaşayır. Onlar öz ibadət evlərində sərbəst dualar oxuyurlar, heç bir əngəl yoxdur. Eləcə də Qarabağda olan kilsə və monastrlar qorunacaq. Papa yaxşı olardı ki, Vatikan kilsəsinin təmirinə Azərbaycan dövlətinin yardımınə xatırlasın. Bu gün Xankəndidə, Xocavənddə olan ibadət yerləri, monastrlar olduğu kimi qalıb, nə müharibə, nə antiterror əməliyyatı zamanı bir zərər görməyiblər. Görünür ki, Roma Papası da erməni yalanlarına inanmağa başlayıb. Bizi onlarla səhv salmasınlar”.
Hüquq müdafiəçisi hesab edir ki, ümumiyyətlə, bundan sonra müxtəlif çağırışlar olacaq, biz səbrli olmalı, işimizi görməliyik: ” BMT missiyası gəldi, AŞ PA da komissiya göndərmək istəyir, Vatikan da bir qrup müşahidəçi din adamı yollasın, gəlib vəziyyətlə tanış olsunlar. Çox təəssüf ki, UNESCO bu illər ərzində Qarabağda mədəni, dini abidələrin erməni vəhşiləri tərəfindən dağıdılmasına susdu, gəlib araşdırmadı. Məhz buna görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri statusundan haqlı olaraq istefa verdi”.