Bakıdan Paşinyana REAKSİYA: “Dəmir yumruq” yerindədir, cavabını ALACAQ! – Məşhur Məmmədov

Bakıdan Paşinyana REAKSİYA: “Dəmir yumruq” yerindədir, cavabını ALACAQ! – Məşhur Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tavuşda heç bir kəndin verilməsindən söhbət belə getməyib və ola da bilməz”. Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Tavuş vilayətində heç bir kəndin təslim olması ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Kəndlərin adları Azərbaycan mətbuatında açıqlananda Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adlarda kəndlər olmamışdı”, – Paşinyan bildirib.
Paşinyanın bu açıqlaması Bakıya “meydan oxumaqdır”. Erməni baş nazir götürülən öhdəliyi yerinə yetirmirsə, söz Ordumuza düşür. Mövzu barədə Tribunainfo.az-a danışan millət vəkili Məşhur Məmmədov bildirib ki, Ermənistan 10 noyabr sənədində Qazaxın 7, Naxçıvanın isə Kərki kəndinin təhvil verilməsinə qol çəkib. Deputat hesab edir ki, əgər İrəvan bu öhdəliyi də icra etməsə, Azərbaycan üçtərəfli sənədin 4-cü bəndinin həlli kimi (19 sentyabr əməliyyatı – red) kəndlər məsələsini də yoluna qoymağa qadirdir.
M.Məmmədovun sözlərinə görə, Azərbaycan güc tətbiq etmək istəmir və danışıqlar yolu ilə problemin həllinin tərəfdarıdır: “Lakin Paşinyan bu çıxışı ilə növbəti dəfə danışıqları pozan mövqe sərgilədi. Onun indiyə qədər bütün bəyanatları pozuculuqdan ibarət olub. “Qarabağ Ermənistandır” deməsi müharibəyə gətirib çıxardı, Xankəndidə separatçıları və qanunsuz silahlı dəstələri 3 il ərzində çıxarmaması antiterror tədbiri ilə nəticələndi, indi də kəndlərin qaytarılmamasında israr edir, yenə də cavabını alacaq”.
Millət vəkili qeyd edib ki, “Dəmir yumruq” yerindədir və rəsmi İrəvan bunu unutmamalıdır: “Təəssüflər olsun ki, Ermənistan ikitərəfli sülh müzakirələrinə zərər vuran, gərginlik yaradan bu cür bəyanatlar səsləndirir. Onun Qazaxın kəndləri ilə bağlı dedikləri daha çox daxili auditoriyanı sakitləşdirməyə hesablanmış kimi görünür. Ancaq ütün hallarda bu açıqlaması əlavə gərginlik yaradacaq. Ermənistan ağlını başına yığmalı və Ordumuzun qüdrətini göz önünə gətirərək kəndlər məsələsində götürdüyü öhdəliyi yerinə yetirməlidir”.