Elan saytındakı avtomobili almaq istəyən şəxsin verdiyi beh batıb. Üstəlik həmin avtomobili satan şəxs onun sənədlərini saxtlaşadıraraq başqalarını da aldatmağa başlayıb.
Bu iddiaları Gədəbəy sakini Arslan Yeqilyayev səsləndirib. Bildirir ki, uzun illərdir Rusiyada işləyib yaşayır. Amma birdəfəlik Azərbaycana qayıtmaq istədiyindən, buradan özünə avtomobil almaq qərarına gəlib. Elan saytından avtomobil seçən şəxsin sonradan başına belə hadisələr gəlib. Arslan Yeqilyayev elan saytındakı avtomobillərdən birini bəyənib. Satıcı ilə razılığa gəldikdən sonra ona sənədlərini və beh göndərib. Satıcı Azayev Asif isə alıcıda inam yaratmaq üçün şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsini göndərib və maşının ona məxsus olduğunu bildirib.
Arslanın dediyinə görə, dələduz bununla kifayətlənməyib. Onun sənədlərini saxtalaşdıraraq yeni qurbanlar axtarmağa başlayıb. Zərərçəkmiş isə təsadüfən “TikTok”da öz saxta sənədlərinə rast gəlib.
Məlum olub ki, həmin şəxs artıq başqa insanlardan da pul alıb.
Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.