Bakıdan Kiyevə avtobus reysi açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan Kiyevə gedən avtobus reysi fəaliyyətə başlayır. Noyabrın 9-dan etibarən hər həftənin birinci və dördüncü günləri Bakı-Xarkov-Kiyev reysi baş tutacaq. 

Bakıdan Kiyevə gedən avtobus reysi fəaliyyətə başlayır. Noyabrın 9-dan etibarən hər həftənin birinci və dördüncü günləri Bakı-Xarkov-Kiyev reysi baş tutacaq.

Məlumata görə, avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir. Bildirilib ki, beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuz olacaq.

Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək. Səfər avtobusu Vay-Fay şəbəkəsi ilə təchiz edilib.

Məsələ ilə bağlı Bakı avtovağzalından Axar.az-a bildiriblər ki, qrafik və tariflər müəyyən olunandan sonra hər şey dəqiqləşəcək:

“Avtobus xəttinin nə vaxt olacağı hələ dəqiqləşməyib. Buna noyabrın 1-də aydınlıq gətiriləcək”.