“Azərbaycan Ermənistana və Ermənistandan pul köçürmələrinin həcminə görə ilk 50 ölkə arasında deyil”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan Respublikası Mərkəzi Bankının prezidenti Martin Qalstyan deyib.
Qalstyan bildirib ki, Azərbaycandan Ermənistana və əksinə pul köçürmələrinin ya az olub, ya da ümumiyyətlə olmadığını güman etmək olar.
Bu əsnada, erməni müxalif deputat Qaqik Danelyan iddia edib ki, Azərbaycandan Ermənistana bu il 30 min avro pul köçürülüb. O, Mərkəzi Bankın rəhbərindən həmin pulun hansı məqsədlə və kimə köçürüldüyünü soruşub. Lakin Qalstyan onda belə bir məlumatın olmadığını bildirib.