Novosibirsk vilayətinin Deputatlar Şurasının sədri, “Vahid Rusiya” Partiyasının üzvü Sergey Zubkovun həyat yoldaşının fotosunu Rusiyada qadağan edilmiş “Instagram” sosial şəbəkəsində paylaşması qalmaqala səbəb olub.
Bakupost.az “Sibirskiy Ekspress”ə istinadən cəbər verir ki, paylaşıma tənqidi şərhlər gəlib, Yekaterina Novikova isə onlara təhqirlə cavab verib.
“Deyirlər ki, deputatın arvadı üçün çılpaq foto paylaşmaq ədəbsizlikdir. Sadəcə, mənim səhifəmdən rədd olun. Mənim sellulitsiz bədənimlə öz əhvalınızı korlamayın”, – deyə qadın daha bir neçə təhqiramiz ifadə işlədərək tənqidlərə reaksiya verib.
Yekaterina Novikovanın səhifəsində Fransa, İtaliya, Belçika, BƏƏ ilə yanaşı Azərbaycan da daxil olmaqla xarici səfərlərdən çoxsaylı paylaşımlar var. Fotolara əsasən, bəzi səfərlərdə onu həyat yoldaşı müşayiət edib.
Sergey Zubkov və həmin qadının evli olduqlarını onların “VKontakte” “VKontakte” profillərindəki fotolar da təsdiqləyir. .
Sergey Zubkov 2015-ci ildən deputatdır, 2021-ci ildə isə Deputatlar Şurasının spikeridir.
“Kontur.Fokus”un məlumatlarına görə, o, “Utilitservis”, “Green day”, “Sibir Ekoloji Şirkəti” və “EkoServis” də daxil olmaqla tullantıların utilizasiyası ilə məşğul olan bir neçə şirkətə sahibdir. Zubkovla əlaqəli strukturlar Novosibirsk vilayətinin tibb müəssisələrindən dövlət sifarişləri alıblar. Bu kontraktların ümumi məbləği təxminən 340 milyon rubl (təxminən 7,5 milyon manat) təşkil edir. “EkoServis” şirkəti həmçinin Altay diyarında təxminən 170 milyon rubl (3,7 milyon manat) dəyərində kontraktlar qazanıb.
Bundan başqa, Zubkovun Xantı-Mansi Muxtar Dairəsində qeydiyyatda olan “Utilitservis” adlı başqa bir şirkəti də var. Bu strukturun dövlət kontraktlarının ümumi dəyəri 1,2 milyard rubldan artıqdır.















