Bakıdan ÇAĞIRIŞ – Rus qoşunları Xocalıdan GETMƏLİDİR, heykəlləri də aparsınlar!

Bakıdan ÇAĞIRIŞ – Rus qoşunları Xocalıdan GETMƏLİDİR, heykəlləri də aparsınlar!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atatürk işğal altında olan İstanbulda gəzişərkən qarşısına çıxan ingilis hərbçiləri üçün “gəldikləri kimi gedəcəklər” ifadəsini işlətmişdi. İndi biz də Qarabağdakı Rusiya hərbi kontingenti üçün eyni cümləni işlədə bilərik: “Gəldikləri kimi gedəcəklər”. Xocalıda yerləşdikdən dərhal sonra qaldıqları ərazidə ard-arda heykəllər düzməyə başladılar, bunların içində Aleksandr Nevskinin də heykəli var idi. Bununla Moskva bizə mesaj verirdi ki, Qarabağdan geri dönüşü planlaşdırmır”.
Tribunainfo.az yazır ki, analitik Elxan Şahinoğlu belə şərh edir. Onun sözlərinə görə, Jirinovski televiziya kanallarından birində yayımlanan proqramda Rusiya hərbi kontingentinin Qarabağda yerləşməsini məmnunluqla qarşılamış və qışqıraraq belə demişdi: “Biz əbədi gəlmişik, heç yerə çıxamayacağıq!”. Jirinovski bu qışqırıqdan iki il sonra karanivrusdan öldü, heyf Rusiya hərbi kontingentinin bir il sonra Azərbaycan ərazisini tərk edəcəyini görmək ona qismət olmayacaq. Xocalıda yerləşdirdikləri və Azərbaycana dəxli olmayan heykəlləri də özləri ilə aparmalıdırlar”.