BAKIDAKI “MCDONALDS”DAN ŞOK VİDEO: AQTA VƏ VERGİ XİDMƏTİNƏ ÇAĞIRIŞ… VİDEObackend

BAKIDAKI “MCDONALDS”DAN ŞOK VİDEO: AQTA VƏ VERGİ XİDMƏTİNƏ ÇAĞIRIŞ… VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“McDonalds” restoranlar şəbəkəsinin zay, keyfiyyətsiz qidalar satdığını təsdiqləyən görüntülər yayılıb. Tribunainfo.az bildirir ki, videoda kartof və qamburqerin xarab olduğu görünür. Şikayət edən müştəri deyir ki, həm qiymətlər artırılıb, həm keyfiyyət və kolorit aşağı düşüb. Üstəlik, bu dəfə xarab qidalar verilib. Halbuki əhalinin güvəndiyi yerlərdən biri idi. Son zamanlar isə “McDonalds” ən çox şikayət edilən yerlərdən biri kimi ad çıxarmağa başlayıb. Şikayətçinin qeydinə şərh yazanların sözlərinə görə, eyni halla onlar da üzləşiblər. Nəzərə alaq ki, bura daha çox valideynlər uşaqlarına görə gəlirlər. İkinci kontingent isə yeniyetmələr, gənclər və tələbələrdir. Lakin restoranlar şəbəkəsinin rəhbərliyi baha qiymətə olan “ucuz ətin şorbası” modelinə keçib. Hər halda İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiə Xidməti, Dövlət Vergi Xidməti, ən əsası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu restoranlarda monitorinqlərə başlamalıdır.