Bakıdakı doqquzmərtəbəli bu binalar sökülə bilər (VİDEO)backend

Bakıdakı doqquzmərtəbəli bu binalar sökülə bilər (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarşıdakı illərdə Bakıda istismar müddətini başa vuracaq doqquzmərtəbəli binalar da sökülə bilər.
2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması planlaşdırılır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, zamanla söküntü işləri sovet dövründə tikilmiş əksər binaları əhatə edəcək. Onun sözlərinə görə, gələcəkdə 9 mərtəbəli panel binaların da sökülməsi nəzərdə tutulur.
Vüqar Oruc deyib ki, paytaxtın mərkəzi hissələr ilə yanaşı, müxtəlif rayonlarda da onlarla köhnə tikili bina var. Həmin binaların bəziləri 2040-cı ilə qədər istismar müddətini başa vuracaq. Buna görə də onların yenilənməsinə ehtiyac var.
Sədr qeyd edib ki, köhnə binaların zəlzələyə nə qədər davamlı olması da suallar doğurur.
Vüqar Oruc hesab edir ki, Bakının baş planı bundan sonra şəhərdə tikinti qaydalarına və normotivlərə əməl olunması üçün əsas vəsait olacaq.
Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: