Xəbər verdiyimiz kimi, bu gün Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib.
Tribunainfo.az xəbər verir ki, Nikosayağı kimi tannınan bloger Nicat Şakirlinin idarə etdiyi “Porşe” markalı avtomobil “Kamaz”la toqquşub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli medianın sorğusuna cavab olaraq bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Yol polisi ərazidə hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.