Bakıdakı bu məşhur restoran satışa çıxarıldı – 12 milyona

Bakıdakı bu məşhur restoran satışa çıxarıldı – 12 milyona

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının məşhur “Golden Baku” şadlıq sarayının yerləşdiyi beşmərtəbəli obyekt mülkiyyətçi tərəfindən satışa çıxarılıb.

Axar.az xəbər verir ki, 4 mərtəbə və 1 ədəd obyekt kimi fəaliyyət göstərən zirzəmidən ibarət tikilinin ümumi sahəsi 4130 kvadrat metrdir.

Tikilinin birinci mərtəbəsində elektronik avadanlıqlar satılan mağaza, digər mərtəbəsində isə məşhur “Golden Baku” restoranı yerləşir. Qalan mərtəbələrdə isə banket zalları var.

Əmlak əşyaları ilə birgə satılır. Obyekt 12 milyon manata təqdim edilib.