Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsinin xidməti maşını qəzaya uğrayıb. Manset.az-ın əldə etdiyi məlumata görə, Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinə məxsus “Nissan Altima” markalı 90 AO 025 dövlət nömrə nişanlı xidməti maşını “Toyota Corolla” markalı avtomobil ilə toqquşub. Nəticədə “Nissan Altima” markalı avtomobilə ciddi zərər dəyib.
Əldə etdiyimiz məlumata görə, 90-AO-025 dövlət nömrə nişanlı xidməti avtomobil Ədliyyə Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova məxsusdur. O hadisə zamanı maşında olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.