Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parkinq tarifləri müəyyənləşib.
Tribunainfo.az -ın məlumatına əsasən, qiymətlər parkinq müddəti ilə tənzimlənir.
Belə ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.
Digər qiymətlər isə belədir:
15-30 dəqiqə – bir manat,
30-60 dəqiqə – iki manat,
1-2 saat – dörd manat,
2-3 saat – altı manat,
3-5 saat – 10 manat,
5-7 saat – 14 manat,
7-10 saat – 18 manat,
10-15 saat – 22 manat,
15-20 saat – 26 manat,
20-24 saat – 30 manat.
Hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.
Qeyd edək ki, tariflər martın 27-dən tətbiq ediləcək.