Bakıda yeni doğulan körpə öldü – Cinayət işi açıldı

Bakıda yeni doğulan körpə öldü – Cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda yeni doğulan körpə ölüb.
TİA.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib.
Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.
Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb.