Paytaxt ərazisində bir neçə gündür, müşahidə olunan kəskin qoxu vətəndaşları ciddi narahat edib. Daha çox Nizami rayonu ərazisində yayılan qoxunun səbəbi hələlik dəqiq məlum olmasa da, sosial şəbəkələrdə kəskin qoxunun Heydər Əliyev adına Neft Emalı Zavodundan yayıldığı iddia olunur. Zavoda yaxın ərazilərdə yaşayan sakinlərin baş ağrısından və göz yaşarmasından şikayətləndikləri bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində yayılan qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb: “Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır”.