Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binası yanır. Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binası yanır.
APA-nın məlumatına görə, Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
***
Bakıda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğın nəticəsində 5 nəfər tüstüdən zəhərlənib.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, onların hamısına hadisə yerində yardım göstərilib.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamalda yanğının baş verdiyi ərazidədir.