Bakıda yaşıllığa qarşı ögey münasibət davam edir.
Xətai rayonu, Sarayevo küçəsində işbazlar ağaclığı hasara alaraq kafenin ərazisinə qatıblar.
Cebhe.info xəbər verir ki, ağaclıq metronun “Əhmədli” stansiyasından “Bakı” kinoteatrına gedən yolun üstündədir. “Bakı” kinoteatrının qarşısında yerləşən kafenin yaxınlığında ağaclar kəsilb, iki yolun arasına torpaq tökülüb. Sakinlərin bildirdiyinə görə, ərazidə iaşə obyekti tikiləcək.