Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir.
Müqavilələrin bağlanmayacağı təqdirdə mənzillərə istilik verilməsi dayandırılacaq.
Qeyd edək ki, qış mövsümünə hazırlıqla bağlı “Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına da başlayıb. Noyabrın 1-dən Quba, Xaçmaz, Siyəzən, Şabran, Şamaxı, Qəbələ, Lerik, Yardımlı və Şuşa şəhərlərində istiliklə təmin olunmaya start verilib. Noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik təminətı həyata keçiriləcək.