Baş Ələt dəmir yolu stansiyasının ərazisində yanğın olub.
Baş Ələt dəmir yolu stansiyasının ərazisində yanğın olub.
Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, dekabrın 29-da saat 19 radələrində Qaradağ rayonunda Baş Ələt dəmir yolu stansiyası ərazisində Ələt vaqon deposuna məxsus vaqonda yanğın baş verb.
Hadisə nəticəsində vaqonun yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra oranın baş mexaniki Yusif Ağamalıyevin tüstüdən boğulmuş meyiti tapılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.