“Bakıda və Abşeron yarımadasında yağışlı hava müşahidə olunur”.
Bu barədə Tribunainfo.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, xidmət tərəfindən öncədən verilən məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və yağışlı hava şəraitinin gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir:
“Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var”.