Bakıda xəstəxanada uşağın qan qrupu səhv salındı- Fotobackend

Bakıda xəstəxanada uşağın qan qrupu səhv salındı- Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda kuryoz hadisə baş verib. Belə ki, yeni doğulan körpənin qan qrupu səhv təyin olunub. Bu da tibb ocağının və onun rəhbərliyinin məsuliyyətsizliyi kimi qiymətləndirilib. Tribunainfo.az bildirir ki, adını açıqlamayan vətəndaş başına gələn problemi ictimailəşdirib.
Sitat: “31.07.2022ci il tarixində bu xəstəxanada qızım dünyaya gəlib, adıçəkilən xəstəxanada normal doğuş üçün bizdən 400 manat alınıb, lakin uşağın qan qrupu səhv təyin edilib. 1900-cü ildə insanların qan qruplarını düzgün təyin etdiyi bir vaxtda, 122 il sonra Bakının ən çox uşaq dünyaya gələn ən böyük xəstəxanasında uşağa səhv qan qrupu təyin edilərək, 3+ olan uşağa +1 qan qrupu təyin edilməsi ağlasığmaz dərəcədə absurddur, üstəlik dövlət xəstəxanası ola-ola ödəniş aldıqları halda. Şikayətim əsasında xəstəxananın həkimi zəng edərək, üzrxahlıq edib aldığı pulu geri vermək əvəzinə, hətta məni borclu çıxarır və deyir: “Olar da, yəqin laboratoriyada analizlər qarışıb, nə var ki burda, Allah sizi islah eləsin”. Bu dövrdə bu cür bir xəstəxana laboratoriyada analizləri qarışdırırsa, sabah uşaqları qarışdırmayacağına kim təminat verə bilər?”

Qarşı tərəfin mövqeyini yaymağa hazırıq.