Bakının Qaradağ rayonunda vulkan püskürüb. Bakının Qaradağ rayonunda vulkan püskürüb.
Bu barədə TİA.AZ-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
FHN rəsmisi bildirib ki, hadisə Səngəçal qəsəbəsində baş verib: “Həmin ərazidə palçıq vulkanının püskürməsi barədə nazirliyə məlumat daxil olub. Hadisə barədə Milli Elmlər Akademiyasının vulkanologiya şöbəsinə məlumat verilib və FHN-in briqadaları hadisə yerindədirlər”.
Qeyd edək ki, bir qədər öncə sosial şəbəkələrdə Səngəçalda partlayışın olması haqda məlumatlar yayılmışdı.