Bakıda Vahid Mustafayevin mağazasından 330 min manat dəyərində saat oğurlayanlardan xəbər var

Bakıda Vahid Mustafayevin mağazasından 330 min manat dəyərində saat oğurlayanlardan xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “VMF Continental” mağazasından 330 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.

 

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar verilib.

 

Məhkəmənin ilkin baxış iclası martın 12-nə təyin olunub.

 

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən “VMF Continental” mağazasında qeydə alınıb.

 

Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan “Breguet” markalı qol saatını gizli yolla talayıb.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.