Bakı küçələrindən birində kişi meyiti tapılıb.
Bakı küçələrindən birində kişi meyiti tapılıb.
TİA.AZ xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyiti aşkar edilib. Onun ölməzdən əvvəl sərxoş olduğu və aldığı kəllə-beyin travmasından dünyasını dəyişdiyi ehtimal edilir.
Baş vermiş hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.
Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.