Bakıda usta 3-cü mərtəbədən yıxılıb

Bakıda usta 3-cü mərtəbədən yıxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda tikinti zamanı bədbəxt hadisə baş verib.

TİA.AZ bildirir ki, Bəşir Səfəroğlu küçəsi, 144 ünvanında inşa edilməkdə olan binanın üçüncü mərtəbəsində usta kimi işləyən 1989-cu il təvəllüdlü Allahverdiyev Alik Sabir oğlu ehtiyatsızlıqdan yerə yıxılıb.

O, ağır kəllə-beyin travması və sınıq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti sabit-ağır kimi qiymətləndirilir.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır./report