Bakıda türkiyəli həkimin pullarını sürücüsü oğurlatdırdı – “Dünya Göz”ün baş direktoru dindirildibackend

Bakıda türkiyəli həkimin pullarını sürücüsü oğurlatdırdı – “Dünya Göz”ün baş direktoru dindirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda “Dünya Göz” klinikasında göz həkimi işləyən Türkiyə vətəndaşı Mehmet Şeref Öğretmenoğlunun pullarını sürücüsünün sifarişi ilə evində işləyən usta oğurlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, oğurluq hadisəsi Mehmet Şerefin sürücüsü Elşən Allahverdiyev tərəfindən planlaşdırılıb və həkimin kirayədə qaldığı villada usta işləyən 1990-cı ildə Sumqayıt şəhərində dünyaya gələn Tofiq adlı usta tərəfindən həyata keçirilib.
Mehmet Şeref üç il əvvəl Elşən adlı taksi sürücüsü ilə tanış olub. Taksi sürücüsü həkimi bir neçə dəfə işə aparıb-gətirdikdən sonra onun etibarını qazanıb.
Həkim Bakıda yaşadığı evdə it və quşlar saxlayırmış. Onlara qulluq etmək lazım olduğu üçün o, Elşənə evin açarının bir kopyasını verib. Mehmet Şeref Elşənə onu işə aparıb-gətirmək üçün ayda 150 manat, bazar günləri əlavə işləyəndə 30-40 manat pul veririrmiş.
Həkim 18 iyul 2021-ci il tarixdə, Qurban bayramı ilə əlaqədər evinə qonaq gələn dostu ilə həyətdə oturub. Həmin vaxtı Elşən də onlarda olub, tez-tez evə girib çıxırmış. Səhəri günü əl çantasında olan dollarları dəyişmək qərarına gəlib. Çantanı açarkən içindəki 2000 dollar və 1700 manat puldan yalnız 1100 dolların orada olduğunu görüb.
Həmin günü o, həyat yoldaşı ilə birlikdə Qubaya dincəlməyə gedib. Geri qayıtdıqdan sonra Elşənə zəng edib ki, gəlib onu işə aparsın. Lakin Elşən gəlməyib, daha sonra ümumiyətlə mobil telefonunu söndürüb. Bundan sonra həkim Elşəndən şübhələnməyə başlayıb və bu barədə bir tanışına bildirib.
Adını demək istəmədiyi tanışı Elşənə zəng edərək, onunla danışdıqdan sonra sonuncu həmin günü axşam saatlarında həkimə zəng vurub, üzrxahlıq edib, 3500 manata yaxın pulu əl çantasından oğurladığını bildirib və yaxın günlərdə evini sataraq ödəyəcəyinə söz verib. Mehmet Şeref ona inanıb və polisə şikayət etməyib.
Axşam saat 19:00 radələrində o, dostları ilə öz evinə qayıdan zaman evinin dəmir hasarının başında usta Tofiqi, darvazanın qarşısında isə öz maşının yanında dayanmış Elşəni görüb. Mehmet Şeref Tofiqdən hasarın başında nə etdiyini soruşub. Sonuncu bildirib ki, guya Elşənin ona olan 50 manat borcunu almağa gəlib. Həkimin yanında tanışları olduğu üçün onlara baş qoşmayıb və çıxıb getmələrini tələb edib. Səhəri günü, Türkiyəyə getmək üçün hazırlıq görən zaman əl çantasını açdıqda içində saxladığı 6000 manatın olmadığını görüb. Elşəndən şübhələndiyi üçün zəng edərək, yanına çağırıb. Sonuncu gələcəyini desə də, telefonu söndürüb.
Mehmet Şeref bundan sonra Elşənin və tanışın hərəkətlərindən şübhələndiyi üçün onları işdən qovub. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmədə şahid qismində “Dünya Göz” MMC-nin baş direktoru Hüseyin Kucukalı çıxış edərək bildirib ki, xəstəxanada da təmir işlərini təqsirləndirilən şəxs Tofiq aparıb. Mehmet Şeref rəhbərlik etdiyi xəstəxanada həkim işləyir və ona Badamdar qəsəbəsindən kirayə ev tutublar. Evin tavanında çökmə olduğu üçün təmirə ehtiyacı yaranıb. O, da bu işləri görməyi xəstəxanada usta kimi çalışan Tofiqə tapşırıb. Hadisə də sözügedən evdə baş verib.
Təqsirləndirilən şəxs – Tofiq bildirib ki, bütün bu olaylar Elşən Allahverdiyevin sifarişi ilə baş verib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Tofiqə 2 il 9 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elşən Allahverdiyevlə bağlı isə hər hansı bir qərara rast gəlinməyib.