Bakıda türk iş adamı cərimə edildi

Bakıda türk iş adamı cərimə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhimdar Cəmiyyətinin (ASC) baş direktoru Ayhan Keskinkılıç cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, 11 dekabr 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ASC-nin baş direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1.1-ci maddəsi protokol tərtib edilib.
Məlum olub ki, ASC-nin B.G. adlı şəxsə 2023-cü il üçün zərərə görə ödəniş gecikdirilib və bu günədək tam ödənilməyib.
Məhkəmənin qərarı ilə Ayhan Keskinkılıç barəsində 3000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.