Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır

Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən TİA.AZ-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel  2018-ci il tarixində səhər saat 09:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarımadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.