Bakıda toydan sonra müğənninin çənəsini sındırdılar

Bakıda toydan sonra müğənninin çənəsini sındırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub. Tribunainfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş Həsən İ. barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02 radələrində qonşusu Həsənin əlində “GO” markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb.

O, Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub. Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.

Hadisə Bakıda şadlıq evlərinin birində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib. Məhkəmənin qərarı ilə Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.