Bakıda toy mərasimində qətl törədilib.
Bakıda toy mərasimində qətl törədilib.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.